Modern.az

Girovların ailələri Həsən Həsənova görə Bakıya toplaşırlar

Girovların ailələri Həsən Həsənova görə Bakıya toplaşırlar

9 İyul 2015, 17:31


11 iyul tarixi Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda qətlə yetirlmiş cəbrayıllı köçkün Həsən Həsənovun anım gündür.

Modern.az saytı xəbər verir ki, mərhumun anım mərasiminə gedənlər iyulun 11-də saat 11:00-da “20 yanvar” metrostansiyasının yaxınlığındakı “Şəhidlər” abidəsinin önünə toplaşacaq, buradan onun Binəqədi rayonundakı qəbrini ziyarət etməyə yollanacaqlar.

Anım mərasimində eyni zamanda rəsmi şəxslər, Həsənin dostları, yaxınları, qohumlarının  iştirakı gözlənilir. Eyni zamanda, hazırda girovluqda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailə üzvlərinin də mərasimə qatılacağı bildirilir.

Qeyd edək ki, bu, vətən aşiqi Həsən Həsənovun ilk il mərasimi olacaq

Cəbrayıl rayonundan olan 1978-ci il təvəllüdlü Həsən Həsənov 2014-cü ilin iyulun 9-da Dilqəm Əsəgərov və Şahbaz Quliyevlə birgə işğal altındakı Kəlbəcər rayonuna gedib. Orada ermənilər tərəfindən öldürülərək Dağlıq Qarabağda dəfn edilib. Uzun danışıq prosesindən sonra Azərbaycan Respublikasının vətəndaşı Həsənov Həsən Fərman oğlunun nəşi ötən il oktyabrın 2-də qarşı tərəfdən alınaraq yaxınlarına təhvil verilib. Mərhum Binəqədi qəbristanlığında dəfn edilib.


Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama