Modern.az

Ərdoğan Davudoğluna yeni hökuməti qurmaq işini tapşırdı

Ərdoğan Davudoğluna yeni hökuməti qurmaq işini tapşırdı

9 İyul 2015, 21:03


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüşdən sonra Ərdoğanın hökuməti qurmaq vəzifəsinin Davudoğluna verdiyi bildirilir.  

Bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.

Qeyd edək ki, iyun ayının 7-əd keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) qələbə qazansa da, təkbaşına iqtidarı qurmaq üçün tələb olunan səsi toplamayıb.

Buna görə də Türkiyədə koalisiya hökumətinin yaradılması gündəmdədir.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama