Modern.az

Yerevanda mitinq başladı

Yerevanda mitinq başladı

9 İyul 2015, 21:58


Elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlər yerli vaxtla saat 19:00-da Yerevandakı “Azadlıq” meydanına toplaşıblar.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, meydan çoxsaylı polis əməkdaşları ilə əhatə olunub.

Aclıq aksiyası keçirən “İrs” partiyasının mətbuat katibi David Sanasaryan keçirdiyi iclasda polislərin sayının çox olmasının yaxşı əlamət olduğunu bildirib: “Bu, yaxşı xəbərdir. Bu o deməkdir ki, onlar 200 vətəndaşın bir yerə yığışmasından çəkinirlər”. Sanasaryan əlsavə edib ki, iclasın gedişində nümaişlə Baqramyan prospektinə tərəf hərəkəy edib-etmədiklərinə qərar verəcəklər. Hazırda “Azadlıq” meydanında Ermənistan parlamentinin “İrs” partiyasından olan deputatı Zauri Postandjyan və Yerevan polisinin müavini Valeriy Osipyan var. Xatırladaq ki, polis iyulun 6-da Baqramyan prospektini mitinçilərdən boşaldıb. Bundan sonra 40-dan şox etirazçı “Azadlıq” meydanında oturaq aclıq aksiyası keçirirdi. Modern.az  
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama