Modern.az

Almaniyada İŞİD-i dəstəkləyən Rusiya vətəndaşına ittiham elan edildi

Almaniyada İŞİD-i dəstəkləyən Rusiya vətəndaşına ittiham elan edildi

9 İyul 2015, 22:09


Almaniya prokurorluğu aralarında 28 yaşlı Rusiya vətəndaşı Yusif Q.nin də olduğu 4 kişiyə İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasını dəstəklədiklərinə görə ittiham elan edilib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu iş üzrə ittiham edilən digər şəxslər Tunis vətəndaşı Kamal ben Yəhya S. və Almaniya və Mərakeşin ikili vətəndaşlığı olan Munir R. və Azzedin Ait X.dır. Bu qrupa Tunis vətəndaşının rəhbərlik etdiyi məlum olub.

Məhz Kamal ben Yəhya qruplaşmanın potensial üzvlərinin, o cümlədən 17 yaşlı gəncin Suriyaya göndərilməsinin təşkilində ittiham edilir. Bundan başqa, prokurorluq hesab edir ki, Tunis vətəndaşı İŞİD-ə 5 min avro maliyyə yardımı göstərib və yaraqlıları geyimlə də təmin edib. Qalanları Tunis vətəndaşına yardım göstərməkdə ittiham edilirlər.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama