Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Modern.az xəbər verir ki, ölkəmizi AvroLiqada təmsil edən “Qəbələ” cavab oyununda yaxşı təsir bağışlayıb. Belə ki, komandamız doğma meydanda Gürcüstanın “Dinamo” klubu ilə qarşılaşıb və qələbə qazanıb - 2:0.
"Qəbələ" səfərdə keçirilən ilk oyunda rəqibinə uduzmuşdu (1:2). İki oyunun nəticəsinə görə, komandamız növbəti mərhələyə adlayıb.
***
Bakının “İnter” klubu da növbəti oyununa çıxıb.
Təmsilçimiz öz meydanında Albaniyanın “Laçi” klubunu qəbul edib.
Səfərdə keçirilən ilk görüşdə rəqibi ilə bərabərə qalan (1:1) komandamızın mərhələ adlamaq şansı daha çox idi. Cavab oyununda qol vurulmasa da, "İnter" ilk matçda fərqləndiyi üçün ikinci mərhələyə adlayıb.
Modern.az