Modern.az

Tovuzda dəhşətli QƏZA: Bir ailədən 4 nəfər öldü - YENİLƏNİB

Tovuzda dəhşətli QƏZA: Bir ailədən 4 nəfər öldü - YENİLƏNİB

10 İyul 2015, 13:29

Tovuzda dəhşətli yol qəzası baş verib. Modern.az saytı “Türkül” TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 08.40 radələrində Bakı-Qazax magistral yolunun Qovlar şəhər ərazisində baş verib. Bakı istiqamətində hərəkətdə olan “Daewoo”markalı avtobusla "Mercedes" markalı minik maşını toqquşub.
Minik avtomobilində olan 4 nəfər sərnişin dünyasını dəyişib. Avtobusda olan sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin kimliyi hələ ki, məlum deyil. Bir ailənin üzvləri olduğu ehtimal edilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Tovuzda rayonunun Qovlar qəsəbəsində baş verən yol qəzasında ölənlərin kimlikləri məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəzada ölənlərin hamısı bir ailənin üzvləri olub. Onlar “Mercedesin” sürücüsü, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nadir Məmmədov, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Nərmin Tanrıverdiyeva, övladları, 10 yaşlı Aslan və 3 yaşlı Əsmadır.

Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?