Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla kollektiv arasında yenidən qalmaqal yaşanıb. Modern.az saytı AzNews.az-a istinadən xəbər verilir ki, A.Məsud daha bir neçə əməkdaşı işdən uzaqlaşdırıb. Onların arasında Mərkəzin Mətbuat və Nəşr məsələləri üzrə müşaviri, şair Fərid Hüseynin də adı var.
Fərid Hüseyn məlumatı təsdiq edib: “Mən daha orada işləmirəm. Bir müddət öncə Tərcümə Mərkəzindən çıxmışam”.
Ancaq şair işdən çıxarılmasının səbəbi barədə heç nə deməyib.
AzNews.az-ın Tərcümə Mərkəzindən əldə etdiyi məlumata görə isə onun işdən çıxarılmasının səbəbi yazdığı yazılar və mətbuata verdiyi açıqlamalar olub.
Fərid Hüseynin yerinə Günel Şamilqızının təyin edildiyi deyilir.