Modern.az

Sabahın hava PROQNOZU - Yenə güclü külək

Sabahın hava PROQNOZU - Yenə güclü külək

10 İyul 2015, 13:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-26, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

İyulun 11-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

İyulun 11-13-də Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amil olsa da, günün bəzi saatlarında havada rütubətliliyin bir qədər çox olması narahatlıq yarada bilər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?