Modern.az

Arda Turanın imzalama mərasimi - FOTO

Arda Turanın imzalama mərasimi - FOTO

10 İyul 2015, 13:47


İspaniyanın “Barselona” klubuna transfer olunan “Atletiko”nun türkiyəli futbolçusu Arda Turan üçün Barselonada imza mərasimi təşkil edilib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, dünya mediasının böyük maraq göstərdiyi mərasimdə, özünü 5 illiyinə Barçalı edən imzanı atan Arda, Katalan qrupunun tarixindəki ən bahalı 4-cü futbolçu oldu. Dünən axşam Barcelonaya, özü bir media ordusu ilə gedən milli futbolçu, klub binasında təşkil edilən mərasimlə 5 illik imza atıb.

Arda Turan, tarixi imzanı atdıqdan sonra, meneceri Ahmet Bulut və yoldaşlarıyla birlikdə Barselona bayrağı qarşısında poz verib.

Mərasimə son dərəcə qəşəng bir paltarla gələn Ardanın xoşbəxtliyi gözlərindən oxunub.

Mərasimə, Türkiyədən onlarla jurnalistlə yanaşı, İspaniya və digər Avropa ölkələrindən də çox sayda media mənsubu gəlib. Arda Turan, atdığı bu imza ilə Barselona Klubu tarixinin ən bahalı 4-cü futbolçusu olub.

Barselonanın ən bahalı transferləri aşağıdakılardır:

1- Luis Suarez 75 milyon avro

2- Zlatan 40 milyon avro + Samuel Eto'o

3- Neymar 48.6 milyon avro

4- Arda Turan 41 milyon avro

5- Cesc Fabregas 35 milyon avro

6- David Villa 34.5 milyon avro

7- Marc Overmars 25 milyon avro

8- Dani Alves 23.5 milyon avro

9- Alexis Sanchez - 23 milyon avro

10- Dmytro Chygrynskiy - 22.5 milyon avro

11- Ronaldinho - 21 milyon avro

Arda Turan imzanı atdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb. Yığıncağın əvvəlində Atletico Madrid Klubu Başçısı Enriquo Cerezo və texniki direktor Simeone təşəkkür edən Arda bildirib:

“Dünyanın ən böyük klubundayım. Həyatımda ən çox olmaq istədiyim yer olan Barselonadayam. Barselonanın cəzası səbəbi ilə oynaya bilməyəcəyim 6 ayı ən yaxşı şəkildə dəyərləndirib komandada oynayacağam.

Çünki bu mənim xəyalımdır. Həyat boyu kimsə Xavinin məsuliyyətini daşıya bilməz. O, Barselona üçün xüsusi bir oyunçudur. Mən də fərqli bir oyunçuyam. Mən öz oyunumu göstərib burdakı insanların ürəyini qazanmaq istəyirəm”.


Sevinc Yasinqızı  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?