Modern.az

Hitleri intihara vadar edən teleqram 55 min dollara satıldı

Hitleri intihara vadar edən teleqram 55 min dollara satıldı

10 İyul 2015, 14:24


ABŞ-dakı Alexander Historical Auctions hərrac evi 1945-ci ildə Qerman Qerinqin Adolf Hitlerə göndərdiyi teleqram satılıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, saralmış vərəqəni ABŞ-da adının açıqlanmasını istəməyən bir kolleksiyaçı əldə edib. O, həmin kağız parçasını 55 min dolalra alıb.

Teleqram 1945-ci il mayın 8-də Hitlerin bunkerində aşkarlanıb. Sonrandan Amerika ordusunun kapitanı Bencamin Bredin onu suvenir kimi ABŞ-a aparıb.

1945-ci il aprelin sonlarında onu Almaniyanın cənubundakı həbsxanada saxlanılan reyxmarşal Qerman Qriq yazıb. O, Hitlerə səlahiyyətindən imtina edərək ölkənin idarə edilməsi üçün hakimiyyətin ona verilməsini təklif edib. İddialara görə, teleqram füreri əsəbiləşdirib və onun psixoloji vəziyyətinə təsir göstərib.  

Araşdırmaçılar hesab edirlər ki, Hitlerin özünü öldürməsində bu teleqramın xüsusi rolu olub. Qerinqə gəldikdə, o, vətənə xəyanətdə ittiham olunaraq vəzifəsindən çıxarılıb və həbs edilib. Bir neçə gün sonra Hitler intihar edib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?