Modern.az

Mətbuat Şurası Əbülfəs Qarayevi mükafatlandırdı

Mətbuat Şurası Əbülfəs Qarayevi mükafatlandırdı

10 İyul 2015, 15:18

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mətbuat Şurası tərəfindən  “Azərbaycanda informasiyalı cəmiyyət quruculuğundakı xidmətlərinə görə” diplomu ilə təltif edilib.

Konfrans Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 iyun 2015-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş  “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin qeyd olunması ilə əlaqədar Tədbirlər Planı”na əsasən Prezident Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?