Modern.az

Bu tarixdə Azərbaycanda Beynəlxalq Kimya Olimpiadası keçiriləcək

Bu tarixdə Azərbaycanda Beynəlxalq Kimya Olimpiadası keçiriləcək

10 İyul 2015, 16:01


“İyulun 21-dən başlayaraq ölkədə Beynəlxalq Kimya Olimpiadası keçiriləcək. Bu ümumtəhsil məktəblərinin yuxarı sinifləri arasında keçiriləcək bir tədbir olacaq”.

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, tədbirə dünyanın bir çox ölkələrindən komandalar qatılacaq və həmin yarışlarda Azərbaycan komandasıı da iştirak edəcək.

“Bu istiqamətdə son illərdə xüsusi təşkilat komitəsi yaradılıb.

Təşkilat komitəsinə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva rəhbərlik edir.

Həm təşkilatı, həm şagirdlərin akademik nailiyyətləri nöqteyi-nəzərindən biz böyük ümidlə və səbirsiliklə olimpiyadanın başlanmasını gözləyirik.

Çünki bir qayda olaraq belə olimpiyadalar çox istedadlı şagirdlərin aşkarlanmasına və bilik yarışlarında uğur qazanmaqla öz gələcək elmə və peşəkar karyeralarına qədəm qoymasına səbəb olacaq”.

Aytən ZƏHRA

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?