Bu gün Lider Qadınlar İctimai Birliyi və Qadın Jurnalistlər İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın bir qrup qadın millət vəkilləri, tanınmış qadın QHT nümayəndələri, media nümayəndələrinin və ziyalıların iştirakı ilə “Virtual həyat və Milli-mənəvi dəyərlərimiz” mövzusunda İctimai Forumu keçirilib. Forum iştirakçıları adından müraciət hazırlanaraq imzalanıb və müvafiq dövlət qurumlarına göndərilib.
Modern.az müraciəti olduğu kimi təqdim edir:“Məlumdur ki, hər bir xalqın və millətin yaratmış olduğu milli mənəvi dəyərlər onların milli özgürlüyünün və milli özünü dərkin inkişafına və qorunub saxlanmasına xidmət edən ən qiymətli sərvətdir. Bu səbəbdən güclü milli –mənəvi dəyərlər kompleksi hər bir xalq və dövlət üçün strateji əhəmiyyətə malik olmaqla, milli təhlükəsizlik konsepsiyasının əsas komponentlərindən biri kimi qiymətləndirilir. Bu mənada xalqımızın uzun əsirlik tarixə malik milli mənəvi dəyərləri ən çətin sınaqlardan keçərək nəsildən-nəslə ötürülmüş və zəngin miras kimi bizlərə çatdırıl;b.
Çox təəssüf ki, yaşadığımız üçüncü minillikdə elm və texnologiyaların yüksək inkişafı və bu sahədə qazanılan nailliyyətlər bir sıra hallarda milli-mənəvi dəyərlər və yetişməkdə olan nəslin tərbiyəsi üçün ciddi təhdidlər yaradır. Son illərdə çox sürətlə inkişaf edən dünyanın virtual məkanı bu təhlükələrin daha da genişlənməsinə və yayılmasına əlverişli şərait yaratmışdır. İldən ilə dünyada və ölkəmizdə internet istifadəçilərinin artması yeni texnologiyaların inkişafının, onun tətbiqinin və ondan istifadə etmə mədəniyyətinin göstəricisi olsa da bu gün milli-mənəvi dəyərlərin, xüsusilə də ailə institutlarının aşılanmasına ciddi zəmin yaratmışdır. Belə ki, İnternet məkanındakı bir çox pornoqrafik saytlar bilavasitə gənc nəslin sağlam ruhda tərbiyəsi və millətimizin gələcəyi üçün real təhlükə mənbəyinə çevrilib.
Qeyd etmək lazımdır ki, artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində bu cür saytlara məhdudiyyətlər tətbiq edilmişdir. Yaşadığımız dövrdə hər kəsin az qala təbii ehtiyacına çevrilmiş virtual məkanlarda olan bir çox reklamlar və saytlar milli-mənəvi dəyərlərimizə, islam mənəviyyatına və əxlaqına zidd olmaqla bərabər, eyni zamanda yeni nəslə mənəviyyatsızlıq aşılanır. Biz Azərbaycanın bir qrup qadın millət vəkilləri, tanınmış qadın QHT nümayəndələri və ziyalıları bu müraciəti imzalayaraq, müvafiq dövlət qurumlarını milli-mənəvi dəyərlərimiz və gənclərimizin tərrbiyəsi üçün ciddi təhlükə olan belə saytlara məhdudiyyətlərin tətbiq olunmasına çağırır və gələcəyimizə biganə olmayan hər kəsi bu kompaniyaya qoşulmağa dəvət edirik”.
10 İyul tarixində “Virtual həyat və Milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən İctimai Forumun iştirakçıları tərəfindən qəbul edilib.
Modern.az