Almaniyanın federal torpağı Bavariyanın Ansbax şəhərində silahlı kişi küçədən keçənlərə atəş açıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, ilkin məlumata görə, iki nəfər ölüb.
Silahlı şəxs avtomobilindən atəş açaraq əvvəlcə 82 yaşlı qadını vurub, sonra velosipedlə gedən adamı öldürüb. Onun digər adamlara atəş açdığı, ancaq güllələrin heç kimə dəymədiyi bildirilir. Kişi cinayət törədilən yerdən “Merceds” markalı avtomobili ilə qaçıb. Polislər onu Bad-Vindshaym kurort şəhərindəki yanacaqdoldurma məntəqəsində yaxalayıblar.İnsidentin hansı səbəbdən baş verdiyi araşdırılır.
Modern.az