Məşhur Hollivud aktyoru, əslən Misirdən olan Ömər Şərif 83 yaşında vəfat edib.
Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, aktyor son illərdə Altsheymer xəstəliyindən əziyyət çəkirdi.
"Ərəbistanlı Laurens" və "Doktor Jivago" filmləriylə məşhurlaşan Ömər Şərif Misirin paytaxtı Qahirədə keçirdiyi ürək tutmasının ardından yaşamını itirib.
Ö.Şərif 10 aprel 1932-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olub. O, bir çox filmlərdə yaddaqalan obrazlar yaradıb.
Modern.az