10 iyul tarixi Azərbaycanın xalq yaztıçısı Sabir Əhmdəlinin doğum günüdür, məhrumun dünyaya gəlməsinin 85 ili tamam olub. Modern.az-ın məlumatına görə, Azərbaycan nəsrində yeni cığır açmış xalq yazıçısının xatirəsi bu gün ailəsi və qələm adamları tərəfindən yad edilib.
2009-cu ildə 78 yaşında vəfat etmiş yazıçının oğlu Etibar Əhmədli Modern.az-a verdiyi açıqlamasında atasının 85 illik yubiley münasibətilə onun xarisinə yeni kitab həsr etdiklərini bildirib. Üç hissədən ibarət olan kitab xalq yazıçısının Sovet İttifaqı Qəhrəmanı olan qardaşı Cəmil Əhmədov, Qarabağ şəhidi olan oğlu Məhəmməd Əhmədli, öz xatirələri və yanvar hekayələrindən ibarətdir.
E.Əhmədlinin dediyinə görə, iyulun 14-də Beynəlxalq Mətbuat Mərkəzində kitabın təqdimatı keçiriləcək.
Elmin NURİ