Modern.az

İki dünya ulduzu eyni kişiyə aşiq oldu! - FOTOLAR

İki dünya ulduzu eyni kişiyə aşiq oldu! - FOTOLAR

Mədəniyyət

11 İyul 2015, 00:44


Tennis dünyasının məşhur simaları Mariya Şarapova ilə Serena Uilliamsın eyni kişiyə aşiq olduqları ortaya çıxıb.

Modern.az saytı xəbər verir ki, İngiltərənin “Daily Mail” qəzeti Londonda davam edən “Uimbledon” tennis turnirinin yarımfinalında qarşı-qarşıya gələn Mariya Şarapova ilə Serena Uilliamsın eyni adama bolqar raketka ustası Qriqor Dimitrova aşiq olduqlarını yazıb.  



2012-ci ilin sonlarından bu yana rusiyalı tennisçi Şarapova ilə ilişki yaşayan Qrigor Dimitrovun daha əvvəllər Serena Uilliamsla da da əlaqədə olduğu qeyd edilir. Məlumata görə, 2012-ci ildə Serena ilə yolları ayrıldıqdan dərhal sonra 24 yaşlı Dmitrov 28 yaşlı Şarapova ilə münasibət quraraq, eşq həyatına yeni bir səhifə açıb.



Qadınlar arasında dünyanın 1 nömrəli tennisçisi olaraq tanınan amerikalı Serena Uilliamsın bolqar tennisçi ilə olan əlaqəsi sona çatdığında depressiyaya girdiyi və aylarla özünü toparlaya bilmədiyi də qeyd edilib.   Ulliamsın yaxın ətrafına "çox romantik biriyəm, bu əlaqəyə hər şeyimi vermişdim və ürəyim çox qırılıb" dediyi öyrənilib.



Londondakı qarşılaşma öncəsi sualları cavablandıran Mariya Şarapova yaşanan hadisələrdən heç bəhs etməyərək, "Uilliams ilə oynamaqdan qürur duyuram, o tennisin ən yaxşısıdı" deyib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI