Modern.az

Bakının bəzi yerləri susuz qalacaq- SİYAHI

Bakının bəzi yerləri susuz qalacaq- SİYAHI

Təhsil

11 İyul 2015, 10:45


Səbail, Yasamal, Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr olacaq.

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb.

Qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama