Modern.az

“Azadlıq meydanında 2 mərtəbəli bina tikiləcək” – AÇIQLAMA

“Azadlıq meydanında 2 mərtəbəli bina tikiləcək” – AÇIQLAMA

Təhsil

11 İyul 2015, 13:18


“Bakıda keçiriləcək Formula-1 yarışları üçün Azadlıq meydanında əsas pit-stop və paddok deyilən 2 mərtəbəli bina tikiləcək”.

Modern.az xəbər veri ki, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib. O qeyd edib ki, Bakıda keçirilməsi nəzərdə tutulan "Formula-1" yarısları ilə əlaqədar asfaltın bir qatı dəyişməli və xüsusi qat qoyulmalıdır “Hazırda "Formula-1" yarısları ilə bağli texniki işlər aparılır.

Bu yarışların keçirilməsi üçün şəhərdə şərait yaradılmalıdır. Bunun üşün asfaltın bir qatı dəyişməli və xüsusi qat qoyulmalı, bütün kanalizasiya lyukları bərkidilməlidir".

A.Rəhimov deyib ki, asfalt örtüyünün dəyişdirilməsi 1,5-2 ay ərzində tamamlana bilər: "Gələn ilin mart-aprel aylarında bu işi başlaya bilərik".

Qeyd edək ki, "Formula-1" avtoyarışları üzrə Avropa Qran-Prisi 2016-cı il iyulun 17-də Bakıda keçiriləcək.    

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama