Modern.az

TQDK abituriyentlərin sual kitabçaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ

TQDK abituriyentlərin sual kitabçaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ

Təhsil

11 İyul 2015, 13:54

 

2015-2016-cı  tədris ili  üçün ali məktəblərə  keçiriləcək  qəbul imtahanlarının  vaxtına sayılı günlər qalıb.

Lakin hazırda abituriyentləri qəbul imtahanından daha çox  başqa məsələ narahat edir. Belə ki, abituriyentlər arasında belə məlumat yayılıb ki, bu il keçiriləcək  qəbul imtahanında sual kitabçası abituriyentlərdə deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK)  qalacaq. Məsələylə bağlı TQDK-nın mətbuat xidmətindən aldığımız  məlumatı təqdim edirik:  

TQDK-dan  məsələ ilə bağlı  Modern.az saytının sorğusuna cavab olaraq bildirilib:  

“Sual kitabçaları abituriyentlərdə qalacaq. Gələcək ola bilər ki, cavab kartları ilə bərabər sual kitabçaları da,  abituriyentlərdən alınar. Lakin bu il keçiriləcək qəbul imtahında sual kitabçalarını abituriyentlər özləri ilə götürə biləcəklər.  

İmtahan 3 saat ərzində aparılır. Əgər abituriyent 2 saata imtahandan çıxarsa, o zaman həm sual kitabçasını, həm də cavab kartını nəzarətçiyə təhvil verməlidir.  

Abituriyentlər imtahanın sonuna qədər qalacaqsa, bu zaman özüylə sual kitabçasını da götürə bilərlər”.  

Yaqut Aslanova  

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama