Modern.az

Keçmiş prezident 65 yaşını sürgündə qeyd etdi

Keçmiş prezident 65 yaşını sürgündə qeyd etdi

Təhsil

11 İyul 2015, 20:08


Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin 65 yaşı taman olub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, keçmiş dövlət başçısı yubileyini sürgündə keçirmək məcburiyyətində qalıb. Yanukoviçin doğulduğu Yenakievo şəhərində Yanukoviçlər ailəsini unutmayıblar.

Ukraynanın gözdən düşmüş lideri öz həyatına Yenakievonun ucqar yerində başlayıb. Uşaqlıq dostları xatırlayırlar: “Yanukoviç gənclik illərində aclıqdan korluq çəkib, amma xoşbəxt və qayğısız olub. Yeməyimiz yox idi, bir parça çörəyi və pəhriz yağı olurdu, su və şəkərlə qarışdırırdıq. O zaman hamı eyni vəziyyətdə idi – cırıq şalvarda, ayaqyalın gəzirdik, qaçırdıq, oynayırdıq, göyərçinləri qovurdur. Viktor heç kimdən fərqlənmirdi”.

Müəllimlərinin dediyinə görə, keçmiş prezident orta məktəbdə “3” ilə oxuyub. 8-ci sinifdən sonra Yanukoviç politexnik texnikumuna qəbul olub.

Viktor Naumenko orada 50 il əvvəlki kimi orada elektrotexnikadan dərs deyir. Bu müddətdə minlərlə tələbəsi olsa da, ciddi və arıq oğlanı indi də xatırlayır: “Sakit oğlan idi. Çağıranda, zəif səslə cavab verirdi, heç nə ilə fərqlənmirdi”.

Viktor Yanukoviç iki dəfə məhkum olunub: birinci dəfə quldurluğa, ikinci dəfə ağır bədən xəsarəti yetirməyə cəhddə, yaxud zorakılığa görə həbs edilib. Aleksandr Martinenko həmin hadisələrin şahididir və hətta cinayət işi üzrə şahid kimi də adı keçib. Ancaq deyir ki, dostu Viktorun heç bir günahı olmayıb. Uzun illərdən sonra Yanukoviç özü özünə amnistiya verib və heç kim həqiqi mənada nə baş verdiyini heç vaxt bilməyəcək. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama