Modern.az

İranda terrorçu dəstə məhv edilib

İranda terrorçu dəstə məhv edilib

Təhsil

11 İyul 2015, 20:16


İranın şərqində sərhədçilər terror dəstəsini məhv edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda sərhəd qoşunlarının generalı Kasem Rezayi məlumat verib.

Hərbçinin sözlərinə görə, cinayətkarlar ölkə ərazisinə şərq sərhədindən girəndən sonra sərhədçilərlə döyüşməyə başlayıblar. Rezayi deyib ki, iki saatlıq döyüşdə təkcə dəstə məhv edilməyib, həm də üç nəfər həbs edilib və indi onlar dindirilirlər.

Hərbçi qeyd edib ki, quldurlar arasında müxtəlif ölkələrdən yaxşı hazırlıq keçmiş muzdlular da olub. İstintaq hesab edir ki, onlar İranın Zahedan, Kerman və Bam şəhərlərində terror törətməyi planlaşdırıblar.

Sərhəd qoşunlarında İrana bu dəstənin hansı ölkə ərazisindən daxil olduğu  haqda məlumat verilməyib. Ölkənin şərqi Əfqanıstan və Pakistanla həmsərhəddir, həmin ərazilərdə adı çəkilən üç şəhər yerləşir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama