Modern.az

İŞİD-ə ağır zərbə: O lider öldürüldü

İŞİD-ə ağır zərbə: O lider öldürüldü

Təhsil

11 İyul 2015, 20:41


Terror təşkilatı İraq-Şam İslam Dövlətinin (İŞİD) Əfqanıstan və Pakistan ərazisində bir nömrəli adamı olan Hafez Sayeed Əfqanıstanın Nangarhar şəhərində öldürülüb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Əfqanıstanın kəşfiyyat təşkilatının açıqlamasında qeyd edilir ki, İŞİD-in Hurasan şəhəri adlandırdığı Əfqanıstan və Pakistan ərazisində, təşkilatın lideri Hafez Sayeedin bir hava hücumu zamanı öldürülüb.

Sayeedin öldürüldüyü hava zərbəsinin NATO qüvvələri tərəfindən dünən həyata keçirildiyi və əməliyyat zamanı daha 30 İŞİD yaraqlısının məhv edildiyi bildirilir. Ötən bir ildən bəri Əfqanıstanın şərq və cənub bölgələrində “Taliban” hərəkatının bəzi yaraqlıları İŞİD-ə qoşularaq, ölkədə İŞİD-in döyüşçü sayının artması üçün yardımçı olub.

İŞİD-ə qoşulat hərbiçilərin “Taliban”dan məmnun olmadığı, təşkilatın yüksək səviyyəli rəsmilərinin hamısının əcnəbilərdən ibarət olduğu iddia edilir. Son dövrlərdə isə şərq bölgəsində İŞİD və “Taliban” yaraqlıları arasında tez-tez münaqişələrin baş verdiyi, bəzi bölgələrdə xalqın “Taliban” və İŞİD-in toqquşmalarına görə evlərini qoyub təhlükəsiz bölgələrə qaçdığı bildirilir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama