Modern.az

Qasırğa Çinə 300 milyon dollardan çox ziyan vurdu

Qasırğa Çinə 300 milyon dollardan çox ziyan vurdu

Təhsil

11 İyul 2015, 22:33


İyulun 11-də Çinin şərq sahillərini cənginə alan “Çan-xom” qasırğası nəticəsində ölkə iqtisadiyyatına dəyən birbaşa ziyan 1,9 milyard yuan (318 milyon dollar) miqdarında dəyərləndirilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təbii fəlakətdən Çjetszyan əyalətinin Çjouşan şəhər dairəsinə daha çox zərər dəyib. Hidrometeroloqların məlumatına görə, burada küləyin sürəti saniyədə 45 metrə çatıb. Hazırda qasırğa yavaş-yavaş zəifləyir.

Yerli hakimiyyət 94 binanın tam, yaxud bir hissəsinin uçduğunu xəbər verib. 200 mindən çox insan işıqsız qalıb. Çjetszyan rayonundan 1 milyondan çox insan evaukasiya edilib. Bundan başqa, əyalətin hava ljmanları bağlanıb, 600-dən çox təyyarə reysi ləğv edilib. Dənizlə, eləcə də qatar və avtobuslarla uzaq ərazilərə sərnişin daşınması dayandırlıb. Təbii fəlakət nəticəsində insan itkisinin olub-olmadığı haqda hələ ki məlumat verilmir. “Çan-xom” qasırğası Çində bu həftə ikincidir. İyulun 9-da Çinin cənubunda “Lyanxua” qasırğasının baş verməsi nəticəsində 1,6 milyon insan zərər görmüşdü. Həmin təbii fəlakətin zərəri 1,3 milyard yuan (213 milyon dollar) dəyərləndirilib. Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama