Modern.az

Ukraynada vəziyyət gərginləşir: Biznesmenlər millətçilərə qarşı birləşir

Ukraynada vəziyyət gərginləşir: Biznesmenlər millətçilərə qarşı birləşir

Təhsil

11 İyul 2015, 23:45


Ukraynanın Zakarpatye vilayətinin Mukaçevo şəhərində “Sağ sektor”un yaraqlıları və Kiyev hakimiyyətinə müxalifətdə olan deputat Mixail Lanyanın mühafizəçiləri arasındakı hərbi münaqişə yeni mərhələyə keçir. Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, millətçilərin ehtiyat qüvvəni Lvovdan şəhərə doğru irəliləyir, yerli biznesmenlər isə onlara cavab vermək üçün birləşirlər. Güc strukturları öz növbəsində də mövqelərini möhkəmləndirir. Hazırda şəhər mühasirədədir, yollar bağlanıb və “yaxalama” elan edilib.

Münaqişədə zərərçəkənlərlə bağlı məlumatlar fərqlidir: bəzi KİV-lər yerli sakinlərdən iki nəfərin öldüyünü, digərləri 9 nəfərin yaralandığını bildirir. Tibb işçilərinin məlumatına görə, 5 milis əməkdaşı və sürücü yaralanıb, bir nəfər ağır vəziyyətdədir. Onlar kiminsə öldüyünü təsdiqləmirlər.

Son məlumata görə, “Sağ sektor”un mühasirəyə alınan döyüşçülərinin komandiri telefonla xalq deputatı Anton Qeraşenko ilə əlaqə saxlayaraq onu Ukrayna Təhlükəsizlik Xidmətinin terror əleyhinə mərkəzinin rəhbərliyi ilə birləşdirməyi xahiş edib. O, atəşi dayandırmaq üçün danışıqlar aparılmasını və yaralı döyüşçülərinə yardım göstərilməsini istəyib.

Deputat bir neçə saat ərzində situasiyanın sülh yolu ilə tam həll ediləcəyinə inandığı haqda xəbər verib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama