Modern.az

Ərdoğan: “İslahatları ilə ortaya orataya çıxan Türkiyə var”

Ərdoğan: “İslahatları ilə ortaya orataya çıxan Türkiyə var”

Təhsil

12 İyul 2015, 09:44


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Dostluq Dərnəyi iftar proqramında çıxışı zamanı açıqlamalar verib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident Ərdoğa çıxışında bunları bildirib:

“Xəyanət edənlər, ehtirasına məğlub düşənlər, qorxanlar, eqolarının qurbanı olanlar sıradan çıxdı. Onları olduqları yerdə buraxıb yolumuza davam etdik. Haqqa təslim olanlar qalib oldu.

Dövlətdə  davamlılıq əsasdır. Dünyada güclü iqtisadiyyatla, aktiv xarici siyasəti ilə cəsur islahatlarla ortaya çıxan bir Türkiyə var.

“Avropada Nasist dövründən bəri yaşanan ən qorxunc qırğına Srebrenitsada şahid olduq.

Sülhməramlı əsgərlərin gözləri qarşısında Srebrenitsada 8 mindən çox insan öldürüldü, qadınlara təcavüz edildi. O gün bosniyalı qardaşlarımız hansı çətinlikləri yaşadısa, daha çoxunu biz burada yaşadıq".

Yaqut ASLANOVA 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama