ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvaya yola düşəcək.
Modern.az xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün "Twitter" mikrobloqunda yazıb."Bu gün Moskvaya yola düşürəm. Dağlıq Qarabağ üzrə müzakirələri səbirsizliklə gözləyirəm",-deyə Uorlik bildirib.
Modern.az