Anamın əlləri gəlir ağlıma
Bir qadın, bir ana əli görəndə
Neçə şagirdinə ilk hərf yazdıran
Sanki bir sehr idi o Yer üzündə
Anamın əlləri, zərif, mehriban
Nə qədər nəvaziş, nə qədər sevgi
Bəxş edir elə bil böyük Yaradan
Bir ana əlinin yoxdur dəyəri
Saçıma sığal çək, nolar, ay Ana
Yaman darıxmışam, Ana, səninçün
Nolar, deyirəm ki, yenidən səni
Görəydim, tutaydım ipək əlini
Anamın əlləri gəlir ağlıma
O kövrək, o isti, o nəvazişli
Kiçicik, o zərif, o incə, gözəl
Ana barmaqları gəzsin sacimda
Anamın əlləri gəlir ağlıma,
Gözümün önündə son döyüntüsü
Əlinin üstdəki zərif damarın
Azacıq qızarmış Anamın əli
Öpdüm mən gözümün üstünə qoyub
Xəfif bir titrəyiş, zərif tərpənti
Kaş ki, ayilaydin, kaş ki, əlini
Çəkməzdin ömürlük əlimdən mənim
Anamın əlləri, zərif, mehriban
Saçımin içində gəzdir yenə də
Gözümü yummuşam hiss edim yenə
Anamın əlləri, Ana əlləri
09.07.2015