Modern.az

Türkmən fəaldan MHP-yə ağır İTTİHAMLAR

Türkmən fəaldan MHP-yə ağır İTTİHAMLAR

Təhsil

13 İyul 2015, 10:33


Suriyalı türkmən fəal, hüquqşünas Əli Öztürkmən Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) tənqid edib.

Modern.az saytı xəbər verir ki, Əli Öztürkmən bildirib ki, MHP türk millətçiliyini elmi və məntiq qavrayışı çərçivəsində müdafiə etmir.

“MHP klassikdir və yeniliyə qapalıdır. Bir də İslam dininin sünni təriqətində qalır”,-deyə Əli Öztürkmən qeyd edib.  

Türkmən fəal vurğulayıb ki, MHP-nin sosial  bazası  təhsil səviyyəsi aşağı olanlardan ibarətdir.   “Buna görə də partiyada yaş və təhsil səviyyəsi çox ziddiyyətlidir. MHP həm dünyanın ən çox yaşlılar olan, həm də təhsil səviyyэsi aşağı olan partiyasıdır. Nə zaman bunun əksi olarsa, MHP onda iqtidar olar”.

Qeyd edək ki, MHP-nin lideri Dövlət Baxçalıdır. 

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama