Modern.az

Leyla Yunus və Arif Yunusun məhkəməsi təxirə salındı

Leyla Yunus və Arif Yunusun məhkəməsi təxirə salındı

Təhsil

13 İyul 2015, 10:44


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdəki Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməsi keçirilməli idi. Lakin məhkəmə prosesi vəkillərə belə heç bir açıqlama verilmədən təxirə salınıb. 

Modern.az musavat.com-a istinadən xəbər verir ki, məhkəmə binası qarşısında olan müxbirimizin verdiyi məlumata görə, penitensiar xidmətin maşını məhkəmə qarşısında görünmür. Prosesin 15 iyul saat 10:00-da davam edəcəyi bildirilib.   

Qeyd edək ki, Leyla Yunus və Arif Yunus «xalq diplomatiyası» adı altında Ermənistanın qeyri-hökumət təşkilatları ilə birgə Azərbaycanın zərərinə olan işbirliyində, jurnalist Rauf Mirqədirovun Ermənistana səfərlərini təşkil etməkdə, dövlətə xəyanətdə və daha bir neçə məsələdə ittiham olunur.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama