Rusiyanın hava desant qoşunlarının Omskda yerləşən təlim-tədris mərkəsznin kazarmasının çökməsi nəticəsində dağıntılar altında çoxlu sayda hərbçi qalıb.
Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya müdafiə nazirinin rəsmi nümayəndəsi İqor Konaşenkov dağıntılar atından 37 hərbçinin çıxarıldığını bildirib.
Onun sözlərinə görə dağıntılar altından çıxarılan 37 hərbçidən 18-i ölüb, 19 hərbçi isə xəstəxanalara yerləşdirilib.
Çökmə zamanı şəxsi heyət istirahət otağında olub. Hərbi hissədə 337 hərbçi olub, amma dağıntılar altında 38 nəfər olub.
***
Omskda Hərbi Desant Qoşunlarının kazarmasının uçması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
Müdafiə Nazirliyinin məlumatına görə, bu vaxta qədər dağıntılar altından 42 nəfər çıxarılıb.
Aytən ZƏHRA