Modern.az

Azərbaycanda 6 ayda yığılan verginin məbləği AÇIQLANDI

Azərbaycanda 6 ayda yığılan verginin məbləği AÇIQLANDI

Təhsil

13 İyul 2015, 12:19


Vergilər Nazirliyi 2015-ci ilin yanvar-iyun aylarında vergi daxilolmaları haqqında məlumat yayıb. Nazirliyin analitik-informasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, 2015-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,8 faiz əməl edilib:

“Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur”.

Qeyd olunub ki, ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4 faiz təşkil edir.

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama