Modern.az

Bakıda jurnalistlər arasında yarış keçiriləcək

Bakıda jurnalistlər arasında yarış keçiriləcək

Təhsil

13 İyul 2015, 13:25


Stolüstü Tennis Federasiyasının və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyul ayının 14-də “Şüa“ idman-sağlamlıq kompleksində media nümayəndələri arasında Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunmuş stolüstü tennis üzrə turnir keçiriləcək.

Modern.az xəbər verir ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına əsasən və şəxsi dərəcədə keçiriləcək yarışda çoxsaylı mətbuat nümayəndələrinin iştirakı gözlənilir.

Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyasının və Azərbaycan Mətbuat Şurasının diplomları və Federasiyanın kubokları  ilə təltif olunacaqlar.

Yarışı baş hakim Sara Sultanova və baş katib Xəyalə Qiyasova idarə edəcəklər.

Vüsalə Qəzənfərqızı

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama