Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryö (Fransa) ilə görüşüb.
Modern.az saytınının məlumatına görə bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.Görüşdə ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.
Qeyd olunur ki, diplomatlar Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Görüşün təfərrüatları haqqında isə məlumat verilmir.
Aqşin Kərimov