Modern.az

Davudoğlu Kılıçdaroğlu ilə GÖRÜŞDÜ

Davudoğlu Kılıçdaroğlu ilə GÖRÜŞDÜ

13 İyul 2015, 21:20


Türkiyənin baş naziri Əhməd Davudoğlu ana müxalifət Cümhruriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə koalisiya hökumətinin qurulmasına dair müzakirələr aparıb.  

Modern.az saytı “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kamal Kılıçdaroğlu ilə görüşdən sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında mətbuat konfransı keçirən baş nazir görüşün səmimi atmosferdə keçdiyini bildirib.  

Əhməd Davudoğlu deyib ki, bu görüşü razılaşdırılmış koalisiya müzakirələri kimi xarakterizə etmək düzgün deyil.

Qeyd edək ki, bu ilin 7 iyununda Türkiyədə keçirilən parlament seçkisində AKP təkbaşına iqtidarı qurmaq üçün yetərli səs yığa bilmədiyinə görə ölkədə koalisiya hökumətinin formalaşdırılması gündəmə gəlib. 

Aqşin Kərimov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama