Almaniyanın Gelsenkirken şəhərindəki klinikaların birində ölən bir nəfərin meyiti 8 gün sonra tapılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin adam liftdə ölüb.Lift isə 8 gün bağlı olması səbəbindən onun cəsədini görən olmayıb. Ölənin 59 yaşında olduğu və psixoloji problemlərinə görə klinikada müalicə olunduğu bildirilir.
Leyla Əfqan