Ukrayna prezidenti Pyotr Poroşenko Daxili İşlər Nazirliyini və Təhlükəsizlik Xidmətini bütün qanunsuz silahlı birləşmələri tərksilah etməyə çağırıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dövlət başçısı deyib ki, heç bir siyasi qüvvə heç bir silahlı qruplaşma saxlamamalıdır: “Heç bir siyasi təşkilatın mənasız kriminal qruplaşmalar yaratmaq hüququ yoxdur”.
Zakarpatye vilayətinin Mukaçevo rayonynda iyulun 11-dəki silahlı insidentdən sonra Kiyev rəhbərliyi ərazi batalyonlarının bütün ölkə boyu özbaşınalığından ciddi narahat olub. Ukrayna siyasətçiləri Zakarpatyedə həqiqi “Sağ sektor”un həqiqi vuruşma törətmələrinə ciddi reaksiya verilməsini tələb ediblər.
“Pyotr Poroşenkonun Bloku”unun parlament fraksiyasının lideri Yuri Lutsenko bu hadisəni şərh edərkən “Sağ sektoru” qanunsuz hərbi qruplaşma adlandırıb. Onun fikrincə, Mukaçevodakı hadisə qanunsuz yaraqlılarla mafiyanın arasında gedən davanın nəticəsində baş verib:
“Heç bir vətənpərvərlik cəbhədən 1600 kilometr aralıda başdan ayağa silahlanmış şəxslərin varlığına bəraət qazandıra bilməz”.
Dövlət başçısı qeyd edib ki, Daxili İşlər Nazirliyi, Təhlükəsizlik Xidməti və digər hüquq-mühafizə orqanları öz vəzifələrini yerinə yetirməli və bütün qanunsuz hərbi birləşmələr tərksilah olunmalıdır.
“Sağ sektor” prezident Pyotr Poroşenkonun tələbi ilə tərksilah olunmaqdan imtina edib.
Modern.az