Modern.az

Parlament diplomatiyası 5 ildə Azərbaycana nə verib?

Parlament diplomatiyası 5 ildə Azərbaycana nə verib?

14 İyul 2015, 10:28



Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları Azərbaycanın beynəlxalq fəaliyyətində önəmli rol oynayır. İşçi qrupları vasitəsilə Milli Məclisin deputatları həmin ölkələrin parlamentlərində Azərbaycanla bağlı məsələlərin, həqiqətlərin çatdırılmasına çalışırlar.

Bəs, 5 illik fəaliyyət dövründə Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları tərəfindən hansı addımlar atılıb?

Azərbaycan-Böyük Britaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, həmin ölkənin parlamentində Azərbaycan həqiqətlərinin, Qarabağ məsələsinin, Xocalı soyqırımının çatdırılması baxımından müəyyən görüşlər keçirilir, təbliğat işləri aparılır:

“Milli Məclisdə fəaliyyət göstərən bütün parlament qrupları bir sıra ölkələrlə mütəmadi görüşlər keçirir. Hesab edirəm ki, təkcə Böyük Britaniya ilə deyil, başqa ölkələrlə dostluq qruplarında təmsil olunan bütün deputatlar öz missiyalarını yüksək səviyyədə yerinə yetirirlər”.

Azərbaycan-Belçika Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Fəzail İbrahimli bildirib ki, işçi qruplarının “Xocalıya ədalət” şüarı altında aparılan layihənin reallaşması istiqamətində fəaliyyəti kifayət qədər effektli olub:

“Belçika ilə də çox yaxşı münasibətlər var. Belçikalı həmkarlarımızın Azərbaycana gəlişi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması onlarda xoş təəssürat yaradıb. Əlaqələrimiz qarşılıqlı hörmət və başa düşmə prinsipləri üzərində qurulub”.

Azərbaycan-Albaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Aqil Abbas Albaniyanın da bizimlə eyni problemləri yaşadığına diqqət çəkib: “Kosovada nə qədər alban türkünü serblər qırıb və 3-4 gün bundan qabaq bu hadisənin 20 illiyi idi. Albanlar Avropanın mərkəzində müsəlman dövlətidir. Albanlara qarşı Avropanın həmişə təzyiqləri var. Amma bizim parlametnlərarası nümayəndə heyətləri bir-birləri ilə sıx əlaqədə olub və bir-birimizə dəstək olmuşuq”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama