Modern.az

Otellərdə xidmət-qiymət uyğunsuzluğu - Xanım deputatdan iradlar

Otellərdə xidmət-qiymət uyğunsuzluğu - Xanım deputatdan iradlar

14 İyul 2015, 12:54


“Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanda otellərin xidmət səviyyəsi ilə qiymətlərin uyğunsuzluğu bir çox hallarda müşahidə edilir”.

Bu sözləri Modern.az-a deputat Jalə Əliyeva iyulun 13-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərməsi ilə bağlı söylədiyi fikri şərh edərkən deyib. O qeyd edib ki, bu olduqca aktual məsələdir:

“Prezidentin Nazirlər Kabinetinin 6 aylıq yekunla bağlı iclasında söylədiyi ifadələrin hər biri Azərbaycan, ölkənin hər vətəndaşı üçün çox əhəmiyyətli məsələlərdir. Cənab prezidentin dediklərinin hər birində bir daha Azərbaycan insanın mənafelərinin böyük bir dəstəkçisi, müdafiəçisinin bariz bir obrazı yarandı. Bir daha Azərbaycan vətəndaşı əmin oldu ki, onun arxasında onun dövləti var, prezidenti var. Prezidentin qeyd etdiyi məsələlərdən biri - turizmin inkişafı və turizm obyektlərində qiymətlərin real vəziyyətlə uyğun olmaması, düşünürəm ki, həqiqətən də aktual məsələdir”.  

Deputat qeyd edib ki, bu məsələnin dövlət səviyyəsində gündəmə gətirilməsi çox əhəmiyyətli idi:

“Qiymətlərin aşağı salınması daha çox turistin cəlb olunmasına, bu sahənin daha da inkişafına, eyni zamanda yerli, az gəlirli əhalinin belə ölkəsinin istədiyi dilbər guşəsində istirahət etməsinə şərait yaradacaq.

Cənab prezident dəfələrlə bunu da qeyd edib ki, xalq gözəl məkanlarımızdan  istifadə etməlidir. Xaricə getmədən də burada da istirahət etmək olar. Sadəcə, bu zonaları standartlara uyğun vəziyyətə gətirmək və qiymətləri də tənzimləmək vacibdir”.  

Aytən ZƏHRA    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu