İyulun 13-də Tovuz rayonunun Əlibəyli kəndində yaşayan İslam Xanbabayevin həyətində tikinti işləri aparılarkən onun qonağı, Bakı şəhər sakini Tuncay Xanbabayev patron tapıb. Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iriçaplı patronun partlaması nəticəsində Tuncay Xanbabayev, bacısı Nərmin və qohumu Dürdanə Nağıyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Modern.az