Modern.az

Dövlətdən 40 milyon gizlədən şəxsin zavodu bağlandı

Dövlətdən 40 milyon gizlədən şəxsin zavodu bağlandı

14 İyul 2015, 14:03


Azərbaycanda ən böyük dondurma zavodunun fəaliyyətinə məhdudiyyətlər qoyulub.
AzNews.az-a daxil olan məlumata görə Vergilər Nazirliyinin apardığı yoxlamalar zamanı “Millenium” dondurmalarının istehsalı və satışı ilə məşğul olan “S.A.B.A” şirkətinin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlandığından məhsulların satışına müvəqqəti qadağalar qoyulub. 

Lakin zavod rəhbərliyi dondurmaların mağazalara paylanmasının başqa yollarını tapıb. Belə ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən zavodda olan mallar gecəylə Maştağada yerləşən “Rafaeloğlu” firmasının (keçmiş adı “Xəyal” – red.) anbarına daşınıb və oradan mağazalara paylanır. 
“S.A.B.A” şirkəti ilə bağlı ilginc məlumatlar əldə edilib. Belə ki, şirkət bir müddət əvvəl “Kia Motors Az” MMC və “Parabank”ın müştərək pul fırıldağında adı hallanan və “Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərova məxsusdur. 
Araşdırma zamanı məlum olur ki, 2000- ci ildən istehsal fəaliyyətinə başlayan “S.A.B.A” şirkətini Səxavət Səfərov üç nəfər şəxslə qurub. Bu, şirkətin adının abreviaturasındakı hərflərdə də əksini tapır. “S.A.B.A” - Səxavət, Əfrayıl (ortağı), Bəhruz (“Parabank”ın Nəsimi filialının əvvəlki rəhbəri) və Əliş (ortağı). 

Qeyd edək ki, bu yaxınlarda “Parabank” və “Kia Motoros Az” MMC-nin birgə fantastik məbləğdə pulun dövlətdən gizlətdiyi barədə məlumat vermişdik. Bildirmişdik ki, “Parabank”ın “Nəsimi” filialında Kia Motors Az” MMC-nin rəhbəri Səxavət Səfərova məxsus qeydiyyata salınmayan, dövlətdən gizlədilən 40 milyona yaxın vəsait dövriyyəyə buraxılıb, bundan başqa qeyd olunan vəsait heç bir sənədləşmə aparılmadan bankın xəzinəsində saxlanılıb və vergi uçotundan gizlədilib. Bir neçə il davam edən bu proses pulun 1 milyona yaxın hissəsinin yoxa çıxmasından və “Kia Motors AZ” MMC-nin rəhbəri Səxavət Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı - Fərhad Abbasovun 2012-ci ilin yayında müəmmalı şəkildə ölümündən sonra ifşa olunub.

Məsələnin ictimailəşməsindən sonra Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Kia Motors Az” MMC-də vergi yoxlamasına başlayıb və vergi cinayətlərinin olduğu təsdiqini tapıb. 
“Millenium”da vergi təftişinin başlaması da görünür, bu yoxlamaların davamıdır.

(Dövlətdən gizlədilən 40 milyon və şirkət rəhbərlərinin digər cinayətləri – adam ölümü, qanunsuz həbs, kriminal qruplaşmalar barədə yazıları aşağıdakı linklərdə oxuya bilərsiniz:
//www.aznews.az/index.php?c=news&id=83937

//www.aznews.az/index.php?c=news&id=84378

//www.aznews.az/index.php?c=news&id=84481

//www.aznews.az/index.php?c=news&id=84073

//www.aznews.az/index.php?c=news&id=85203


Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama