Modern.az

Ukraynada “Sağ sektor”un döyüşçülərinin həbsi başladı

Ukraynada “Sağ sektor”un döyüşçülərinin həbsi başladı

14 İyul 2015, 14:26



Ukraynanın hüquq-mühafizə orqanları Zakarpatye vilayətinin Mukaçevo rayonunda Boboviç kəndi yaxınlığında “Sağ sektor”un yaraqlılarının zərərsizləşdirilməsinı başlayıb. Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, iyulun 11-də Mukaçevodakı atışmadan sonra həmin əraziyə çəkilən “Sağ sektor”un döyüşçülərinin yeri onlardan birinin mobil telefondan istifadəsi nəticəsində müəyyənləşdirilib.

Hazırda meşədə olan döyüşçüləri tərksilah etmək məqsədilə ərazi hüquq-mühafizə orqanlarının nəzarətinə alınıb, burada pulemyotların, hətta BTR-lərin də yerləşdirildiyi bildirilir.

İyulun 11-də Mukaçevodakı “Antars” idman-sağlamlıq klubunda “Sağ sektor”un döyüşçülərinin iştirakı ilə silahlı insident baş verib.

Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-də Daxili İşlər Nazirliyinə, Təhlükəsizlik Xidmətinə və digər güc strukturlarına ölkə ərazisindəki qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə göstəriş verib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama