Ermənistanın ədliyyə naziri Ovanes Manukyan istefa verib.
Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu məlumatı nazirliyin mətbuat katibi Tsovinar Xaçatryan yayıb.
Onun sözlərinə görə, hazırda Manukyan xaricdə məzuniyyətdədir. Nazirin istefasını prezident Serj Sərkisyan qəbul edib.
Digər məlumata görə, mətbuat katibi özü də istefa verib.
Modern.az