“Xalq yazıçısı Sabir Əhmədlinin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən kitabının təqdimatında Yazıçılar İttifaqından kiminsə iştirak etməməsində onların heç bir günahı yoxdur”. Modern.az xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas deyib.
Deputat bildirib ki, saytlarda, guya Xalq yazıçısı Sabir Əhmədlinin “Biz yenə görüşəcəyik” kitabının təqdimatında Yazıçılar İttifaqından heç kim iştirak etmədiyi məlumatları yayılıb.Əslində isə bu barədə yayılan məlumatların heç bir əsası yoxdur, çünki Xalq yazıçısının tədbirini hazırlayanların özləri heç kimə informasiya verməyiblər:
“Əsl həqiqət isə belədir, həmin tədbirdə mən də iştirak edirdim. Tədbir Beynəlxalq Mətbuat Mərkəzində keçirilirdi. Mən, Sabir müəllimin oğlu Etibardan soruşdum ki, tədbir barəsində Yazıçılar İttifaqına, mətbuata, televiziyaya məlumat verilibmi? Etibar bildirdi ki, bu tədbirə, yəni kitabın təqdimatına Sabir müəllimin ailə üzvləri və bir də 10-15 nəfər ən yaxın dostları dəvət olunub. Nə Yazıçılar İttifaqına, nə televiziyaya, nə də mətbuata əvvəlcədən heç bir məlumat verilib”.
Modern.az