Modern.az

Aktyor binadan yıxılıb öldü – VİDEO

Aktyor binadan yıxılıb öldü – VİDEO

14 İyul 2015, 22:16


Moskvada 37 yaşlı aktyor İlyas Tameev hündürmərtəbəli binadan yıxılaraq ölüb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, iyulun 11-də baş verən faciə ilə bağlı həmkarları bu gün məlumat veriblər. Onun binadan düşməsi anını həyətdəki iki video müşahidə kamerası qeydə alıb. Ancaq bunun faciəvi hadisə, yoxsa aktyorun intiharı olub-olmadığı məlum deyil.

Aktyorun meyiti Moskvanın Korennoy küçəsindəki 8 saylı binanın yanında aşkar olunub. Şahidlərin sözlərinə görə, aktyor yaşayış binasının yuxarı mərtəbələrindən birindən düşüb. Zərbədən onun sifəti tanınmaz hala düşüb, üstündə sənəd aşkarlanmayıb.

Hadisədən bir müddət sonra aktyorun həyat yoldaşı Perovo rayon polisinə ərinin yoxa çıxması haqda müraciət edib. Meyiti 3 sutka tapmaq mümkün olmayıb, yalnız iyulun 14-də onu meyitxanalardan birində aşkar ediblər. İlyas Tameevi atası tanıyıb.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama