Modern.az

Baş nazir: "Bu razılaşma tarixi səhvdir"

Baş nazir: "Bu razılaşma tarixi səhvdir"

15 İyul 2015, 00:20

İranın nüvə proqamı ilə əlaqədar "altılıq"la razılığa gəlməsi İsrailin baş nazirini qorxuya salıb.

İranın nüvə proqamı ilə razılaşmanın imzalaması İsrailin baş naziri Benyamin Netanyahunu hiddətləndirib. İsrail rəsmisi bunu "tarixi səhv" adlandırıb.

"Bu, çox böyük tarixi səhvdir. Mən bu gün bütün İsrail rəhbərlərinə səslənirəm - biz siyasətlə əlləşməyi bir kənara qoyub daha ciddi problemin ətrafında birləşməliyik. Məhz bu problemin həlli İsrailin gələcəyini həll edəcək", - deyən baş nazir ölkəsinin gələcəyinin təhlükə altında olduğunu bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu

Onun fikrincə, Qərb İranla razılıq əldə etmək cəhdi ilə həddini aşıb. "İranın nüvə silahlanmasının yolverilməz olduğu sahələrdə çox böyük güzəştlər edilib. İndi İran Yaxın Şərq və bütün dünyada təcavüzkar əməllərini törətmək üçün öz terror maşının maliyyələşməsinə yüz milyardlarla dollar alacaq", - deyə Benyamin Netanyahu bildirib.

Modern.az      

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama