Modern.az

“Qarabağ” bu gün Çempionlar Liqasında ilk oyuna çıxır

“Qarabağ” bu gün Çempionlar Liqasında ilk oyuna çıxır

15 İyul 2015, 10:06


Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları başlayıb. Modern.az-ın məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” bu gün ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası doğma meydanda Monteneqro çempionu “Rudar”ı qəbul edəcək.

Tarixində ikinci dəfə Çempionlar Liqasında iştirak edən Ağdam təmsilçisi ən azı ötənilki uğurunu təkrarlamaq niyyətindədir. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyən və hakim haqsızlığı ilə üzləşərək mübarizəni dayandıran komandamız yenidən azarkeşlərə  bu sevinci yaşada bilər. Bunun üçün isə onlar ilk növbədə “Rudar”ı keçməlidir. “Qarabağ” bugünkü matçın favoriti hesab olunur. Ancaq Monteneqro çempionunun rəqibinə asan təslim olmayacağını söyləmək olar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:30-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama