Modern.az

İŞİD Rusiyadakı işsizləri şirnikləndirib, öz sıralarına çağırır

İŞİD Rusiyadakı işsizləri şirnikləndirib, öz sıralarına çağırır

15 İyul 2015, 10:50



Rusiyanın Xabarovsk vilayəti yaxınlığında “İslam dövləti” terror təşkilatı (İŞİD) üzvləri insanları öz sıralarına cəlb etmək üçün aktiv fəaliyyətlə məşğuldurlar.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Birlik” Regional Müsəlmanları Cəmiyyəti İctimai Hərəkatının sədri Həmzə Kuznetsov məlumat verib.  

“Hüquq-mühafizə orqanlarında işləyən tanışlarımın məlumatına görə, Xabarovsk ətrafında “İslam dövləti” üzvləri iş aparırlar. Bildirirlər ki, bununla bağlı cinayət işi başlanıb. Onlar, Orta Asiya respublikalarından gələnlərdən şübhələnirlər”,-deyə bildirib.  

Həmzə Kuznetsov deyib ki, İŞİD üzvləri işsiz miqrantlara böyük pul - 50 min rubl təklif etməklə onları öz sıralarına qoşmaq istəyirlər.  

Aqşin Kərimov 
   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama