Modern.az

Bu il Azərbaycandakı yol qəzalarında 407 nəfər ölüb

Bu il Azərbaycandakı yol qəzalarında 407 nəfər ölüb

15 İyul 2015, 11:42



Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, cari ilin ilk 6 ayında respublika ərazisində 1045 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 407 nəfər ölüb, 1117 nəfər xəsarət alıb.

Ötən ilin müvafiq  dövrü ilə müqayisədə 171 hadisə, 105 ölüm faktı, 117 xəsarət faktı azalıb.

Hesabat dövründə 408 piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 143 nəfər ölüb, 313 nəfər xəsarət alıb.

K. Əliyev qeyd edib ki, hesabat dövründə baş verən qəzalarda ölənlərin 34-ü, yaralananların isə 99-u azyaşlıdır.

Modern.az 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama