Modern.az

“Gənclik” metrostansiyasında FOTOSƏRGİ

“Gənclik” metrostansiyasında  FOTOSƏRGİ

15 İyul 2015, 12:47

15 iyul 2015-ci il tarixində “Gənclik” stansiyasının yenicə təmirdən çıxmış keçidində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Kapital Bank” ASC ilə birgə həyata keçirdiyi sosial layihənin rəsmi açılışı olub.

Modern.az saytı xəbər verir ki, açılış mərasimində “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, İspaniyanın ölkəmizdəki müvəqqəti işlər üzrə vəkili Xose Luis Dies, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnayib Həsənoğlu, fotoqraflar Ruslan Məmmədov, Nicat Rzayev, İlkin Kəngərli iştirak edib.      

N.Paşayev bildirib ki, sosial layihənin ideyası metropoliten rəsmilərinə məxsusdur: “Təşkilatı işlər “Bakı Metropoliteni” QSC-nin reklam və marketinq şöbəsinin rəisi Lalə Babayeva həyata keçirib. 126 müraciət əsasında 1857 iş təqdim olunub. Münsiflər heyəti əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərliyilə seçim edib. 39 nəfərin 92 sənət əsəri sərgilənənməyə haqq qazanıb”.

Qeyd edək ki, sərgi 15 noyabr 2015-ci il tarixinədək davam edəcək.



 

Gülşən RAUFQIZI    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama